UEFA Çempionlar Liqasının 7-ci həftəsinə ötən axşam 9 oyunla start verilib.
Mia.az xəbər verir ki, Türkiyə millisinin oyunçusu Kənan Yıldızın çıxış etdiyi İtaliyanın “Yuventus” komandası səfərdə Belçikanın “Brügge” komandası ilə 0:0 bərabərə qalıb. Qarşılaşmaya əvəzedici heyətlə başlayan Kənan 66-cı dəqiqədə oyuna daxil olub.
Nuri Şahinin Baş məşqçisi olduğu Almaniyanın "Borussiya Dortmund" komandası isə ilk hissənin 1-0 bitdiyi matçda səfərdə İtaliyanın "Bolonya" komandasına 2:1 hesabı ilə uduzub.
Digər nəticələr aşağıdakı kimi olub:
Monako (Fransa) - Aston Villa (İngiltərə): 1-0
"Atalanta" (İtaliya) - "Şturm Qrats" (Avstriya): 5:0
Benfika (Portuqaliya)-Barselona (İspaniya): 4-5
"Liverpul" (İngiltərə) - "Lill" (Fransa): 2-1
"Brügge" (Belçika) - "Yuventus" (İtaliya): 0:0
Slovan Bratislava (Slovakiya) - Ştutqart (Almaniya): 1-3
"Srvena Zvezda" (Serbiya) - PSV Eindhoven (Hollandiya): 2-3
Atletico Madrid (İspaniya) - Bayer Leverkuzen (Almaniya): 2-1
"Bolonya" (İtaliya) - "Borussiya Dortmund" (Almaniya): 2-1
Fərid ASLAN
MİA.AZ