Türkiyədə terror və terrorçuluqda şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

O bildirib ki, ölkənin 43 şəhərində eyni anda keçirilən əməliyyatla terror təşkilatı PKK/KCK üzvü olan 240 şübhəli qandallanıb.

Onlar terror və terrorçuluğa yardım v onların təbliğatını aparmaqda ittiham olunurlar.

Firudin Səfərli
MİA.AZ