Bu gün Avropa Liqasının VII turunda “Qalatasaray” İstanbulda “Dinamo Kiyev"lə qarşılaşıb.
Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:30-da start verilən oyuna “Qalatasaray” sürətli başlayıb.
Artıq 6-cı dəqiqədə Sançes hesabı açıb.
21-ci dəqiqədə müdafiəçi Abdürrehman Bardakçı fərqi artırıb - 2:0.
45-də ukraynalılar fərqi azaldıblar - 2:1.
53-də Osimhen "Qalatasaray"ın növbəti qoluna imza atıb - 3:1.
68-də Yarmalenko yenidən fərqi birə düşürüb - 3:2.
82-ci dəqiqədə Yarmalenko hesabı bərabərləşdirib - 3:3
Oyun bu hesabla başa çatıb.
Bu nəticədən sonra "Qalatasaray" 13 xalla 5-ci yerdə qərarlaşıb.
Fərid ASLAN
MİA.AZ