ABŞ koronavirus zamanı dünyada şübhəli açıqlamaları və tələbləri ilə yadda qalan ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzvlüyündən çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-ın yeni prezidenti Donald Tramp açıqlama verib.
O, prezidentliyinin ilk fərmanlarından birinin də ÜST-dən çıxmaq olduğunu açıqlayıb: "Baxın, 350 milyon əhalisi olan ABŞ ÜST-ə üzvlük haqqı olaraq 500 milyon, əhalisi 1,4 milyard dollardan çox olan Çin isə 39 milyon dollar köçürür. Bu, ədalətsizdir. ÜST ABŞ-dan haqsız yerə artıq pul alıb...".
Tramp bunu ədalətsizlik kimi sayıb, lakin etiraf edib ki, qurumu tərk etməyin səbəbi, təkcə bu, deyil: "Beləliklə, biz ÜST-ü tərk etdik".
Lamiyə Əhmədli
MİA.AZ