"Ukrayna ordusu Rusiyanın Belqorod ərazisinə ABŞ istehsalı olan uzaqmənzilli ATACMS raketləri fırladıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, atılan 6 raketin  hər biri havada zərərsizləşdirilib: "6 ədəd ATACMS raketi Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Hücumda ölən, yaralanan və dağıntılar olmayıb. Rusiya Müdafiə Nazirliyi cavab hücumları həyata keçirmək üçün tədbirlər görəcək”

Firudin Səfərli

MİA.AZ