"Mançester Siti"nin 24 yaşlı norveçli hücumçusu Erlinq Haalandla müqaviləni yeniləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub qolçu ilə daha 10 il müddətinə -  2034-cü ilin yayına qədər yeni müqavilə imzalayıb.

Bu barədə klub açıqlama yayaraq faktı təsdiqləyib.

Xatırladaq ki, norveçli futbolçu bu mövsüm Premyer Liqada 21 matçda 16 qol vurub.

Fərid Aslan
MİA.AZ