İstanbulda saxta spirtli içki səbəbiylə üç gün əvvəl xəstəxanalara yerləşdirilən 88 nəfərdən 33-ü ölüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  bu barədə İstanbul valiliyi məlumat yayıb.

Məlumatda deyilir ki, 4 nəfəri sağalaarq evə buraxılıb: "Hazırda 29 xəstənin vəziyyəti çox ağırdır. Onlar süni nəfəs aparatına qoşulublar"

Xəbərdə o da deyilir ki, nisbətən yüngül xəstə olan xəstələrdən biri müalicədən imtina edib, ikisi isə xəstəxanadan qaçıb.

Firudin Səfərli

MİA.AZ