Xəbər verdiyimiz kimi, ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə Qəzzada atəşkəs və əsir müqbadiləsi razılaşması əldə olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, atəşkəs anlaşmasının mürəkkəbi qurumamış İsrail HƏMAS-ı ayın 19-dan qüvvəyə minəcək atəşkəsi indidən gah pozmaqda, gah da "Bütün vasitəçilər HƏMAS-ın razılaşmanın bütün maddələrini qəbul etdiyi və bizə hücum olmayacağı barədə təminat verənə qədər anlaşmanı hökumətin iclasında müzakirə etməyəcəyik", - ard-arda bəyanatlar verir.

Məlumata görə, HƏMAS dünın və bu gün artıq bir neçə bəyanat yayaraq İsrailin rəsmi açıqlamasına etiraz edib: "Biz vasitəçilərin elan etdiyi razılaşmaya sadiqik”

Xatırladaq ki, vasitəçilər olan ABŞ, Qətər və Misir də atəşkəsi alqışlayıblar.

Tahir Şəlvəli
MİA.AZ