Azərbaycan-İran sərhədində - Yardımlıda zəlzələ olub.
Mia.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, təbii hadisə Yardımlı stansiyasından 14 km şimalda, Azərbaycanla-İran sərhədində (İran ərazisində) saat 23:27-də 3,1 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 26 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi hiss olunmayıb.