Bu gün Anadolu Agentliyinin fotomüxbiri Qəzzada öldürülüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsrail ordusunun hücumu nəticəsində Anadolu Agentliyinin (AA) Qəzza üzrə ştatdankənar operatoru Səid Əbu Nabhan Nusayrat bölgəsində Əl-Cədid Qaçqınlar Düşərgəsində həyatını itirib.
Məlumata görə, o, uzaq məsafədən snayperlə vurulub.
Yyaıaln görüntülərə görə, güllə yarasından yerə yıxılan jurnalist bir neçə saniyə sonra canını tapşırıb.
Xəbərdə o da deyilir ki, bununla da 7 oktyabr 2023-cü ildən bəri Qəzzada həlak olan jurnalistlərin sayı 203-ə çatıb.
Zülfiyyə Mustafayeva
MİA.AZ