ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin onunla görüşmək istədiyini açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə Floridadakı Mar-a-Laqo malikanəsində respublikaçı qubernatorlarla görüşdən sonra mətbuata qısa açıqlamasında söz açıb.
Tramp bildirib ki, Putin onunla görüşü açıq şəkildə istyəyib: "O, mənimlə görüşmək istəyir. Biz də artıq bu görüşlə bağlı təşkilati işlərə başlamışıq".
ABŞ prezidenti görüşün Ukrayna savaşı ilə əlaqəli olacağını etiraf edib: "Biz müharibəni bitirməliyik, bu, çox qanlı müharibə oldu".
Tramp görüşün nə vaxt olacağını isə açıqlamaqdan yayınıb.
Lamiyə Əhmədli
MİA.AZ