Fransa millisinin baş məşqçisi Didye Deşam istefa verəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

O bildirib ki, DÇ-2026-dan sonra postunu tərk edəcək.

56 yaşlı məşqçi deyib ki, yığmadakı 13 illik fəaliyyətinə son verməyin vaxtı çatıb.

Fərid ASLAN
MİA.AZ