Yunanıstana qaçmaq istəyən terrorçular tutulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ədirnə Jandarma Komandanlığı məlumat yayıb.

Məlumata görə, Ədirnədən Yunanıstana qaçmaq istəyən 2 FETÖ-çü və 1 İŞİD terrorçusu operativ əməliyatlarla saxlanılıblar: "Yunanıstana getməyə çalışan FETÖ/PDY şübhəlisi G.A, N.A və İŞİD DEAŞ şübhəlisi D.A tutularaq prokurorluğa təhvil veriliblər".

Faktla bağlı araşdırma aparılır.

Lamiyə Əhmədli
MİA.AZ