Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən Əhməd Əhmədzadə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən “Şərəf” ordeni ilə təltif olunub.
Qeyd edək ki, 2006-2021-ci illərdə Əhməd Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olub.
O, ötən ilin oktyabr ayında Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub.