Ləğv olunmuş Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin keçmiş müavini Əflatun Quliyev vəfat edib.

Mia.az Modern.az-a istinadla xəbər verir ki, bu haqda mərhumun Neftçaladan olan həmyerliləri bildiriblər.

Qeyd edək ki, Əflatun Quliyev VİP-dən əvvəl Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) mətbuat xidmətinin rəhbəri postunu tutub.

O, 2015-ci ilin parlament seçkilərində “Azadlıq-2015” seçki blokunun 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədi olub.

Allah rəhmət eləsin.