"Biz sualtı kabel xətlərinə şübhəli müdaxilələrə qəti şəkildə cavab verəcəyik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Finlandiyanın baş naziri Petteri Orpo deyib.
O bildirib ki, Finlandiya ilə Estoniya arasında "EstLink 2" dənizaltı elektrik şəbəkəsi və Baltik dənizində 4 telekommunikasiya kabelinə qanunsuz bağlanma cəhdləri olur: "Məhz bu səbəbdən dünən yerli vaxtla saat 12.26-dan etibarən şəbəkədə məcburi fasilələr yaranıb. Araşdfırmalarla bunun "EstLink 2" ilə yanaşı, Baltik dənizinin altından keçən 4 telekommunikasiya kabelini müdaxilədən qaynaqlandığı üzə çıxıb. Əlbəttə, dənizaltı şəbəkəyə şübhəli müdaxilələrə qəti şəkildə cavab veriləcək"
Finlandiya Sərhəd Təhlükəsizliyindənisə bildirilib ki, Rusiyanın "kölgə donanması"na (rəsmi qeydiyyatda olmayan neft gəmilərindən söhbət gedir -mia.az) aid olduğu güman olunan gəmilər dənizin Finlandiyaya aid hissəsindən keçməsi üçün belə müdaxilə halı olub: "Həmin gəmiilərdən biri saxlanılıb və sahilə çəkilib. İlkin araşdrma zamanı həmin gəminin də qəsdən kanbel xəttini zədələməsi şübhəsi var".
Zülfiyyə Mustafayeva
Mia.az