Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarədə sağ qalan sərnişinlərdən 7 nəfər Bakıya gətirilib.
Bunu AZAL-ın prezidenti Samir Rzayev bildirib.
Onun sözlərinə görə, ağır vəziyyətdə olan sərnişinlər FHN-nin amfibiya tipli təyyarəsi ilə ölkəyə gətirilərək təcili yardım maşınları ilə xəstəxanaya çatdırılacaq(Report).