İsraili ötən gün "qəlb"indən (Tel-Əviv) raketlərlə vuran Yəməndəki İranın dəstəklədiyi husi qruplaşması  bu gecəyarısı paytaxta növbəti zərbələr endirb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Təl-Əvivdə həyəcan siqnalının verilməsindən sonra minlərlə insan sığınacaqla qaçışıb.

Məlumata görə, bu, husilərin bir həftə ərzində İsrailə 5-ci güclü uzaqmənzilli raket hücumudur.

İsrail ordusu raketlərin ölkənin hava səmasını keçmədən göydə zərərsizləşdirildiyini bəyan edib.

Husilər isə Qəzzada savaş dayanmayana qədər İsrailə hücum edəcəklərin növbəti dəfə təkrarlayıblar.

Zülfiyyə Mustafayeva

MİA.AZ