"Rusiyanın Kiyevdə "İsgəndər"lə vurduğu "Şah Plov" restoranı Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur".
Mia.az xəbər verir ki, bu məlumatı araşdrımaçı jurnalist Cavanşir Həsənli Feysbuk-da yazıb.
O bildirib ki, restoran 2015-ci ilin iyulunda Ağalar Vəliyevin qardaşı oğlu Vəliyev Ramin Şahbaz oğlunun 33.3 faiz pay ortaqlığı ilə Ukraynada qeydiyyatdan keçmiş "AXSAN" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВІДПОВІДАЛЬНІСТЮ "АХСАН") tərəfindən alınıb və restavrasiya olunub:
"Ramin Vəliyev 2011-ci ildən fəaliyyət göstərən və faktiki olaraq Ağalar Vəliyevə aid AZİTAL MMC-nin də təsisçisidir".
Samir
MİA.AZ