Azərbaycanın bəzi bölgələrində dekabrın 21-22-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Mia.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, Qobustan, Şabran, Xızı, Siyəzən, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.