Ötən gün Şəmkir rayonu, Aşağı Seyfəli kəndində evdə partlayış baş verib.

Mia.az xəbər verir ki, qazsızmadan baş verdiyi ehtimal olunan hadisə nəticəsində 1985-ci il təvəllüdlü Şəhla Əzizova və qızı - 2005-ci il təvəllüdlü A.Əzizova yaralanıblar.

Məlumata görə, onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.