Bu gün Avropa Liqasının 6-cı tur çərçivəsində "Qarabağ" səfərdə İsveçin "Elfsborq" komandası ilə qqarşılaşıb.

Mia.az xəbər verir ki, Bakı vaxtilə saat 00.00-da başlayan oyunun ilk hissəsinə hesab açılmaylb - 0:0.

56-cı dəqiqədə ev sahibləri hesabı açıb - 1:0.

Oyun bu hesabla başa çatıb. "Qarabağ" 3 xalla hazırda 33-cü yerdədir.

Onu da qeyd edək ki, "Beşikaş" da səfərdə "Bodo"ya 2-1 uduzub. 

Fərid Aslan

MİA.AZ