"İrandan ciddi təhdidlər alıram. Çox böyük təhdidlər. Həyatımla bağlı".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp sosial media platforması olan "Truth"də yazıb.
O, sensasiyalı açıqlamasını davamı olaraq, bildirib ki, İran əvvəllər də onu həyatı ilə təhdid edib: "İran bu yöndə əvvəllər bəzi addımlar atıb, amma nəticə vermədi, yenidən cəhd edəcəklər. Bütün ABŞ ordusu izləyir və gözləyir".
Tramp əlavə edib ki, hazırda əvvəllər olmadığı qədər silahlı mühafizənin əhatəsindədir: "ABŞ Məxfi Xidməti üçün əlavə büdcəni yekdilliklə təsdiq etdiyi üçün Konqresə təşəkkür edirəm".
Lamiyə Əhmədli
MİA.AZ