İsrailin paytaxtı Təl-Əvivdə partlayış olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
İsrail polisi faktı təsdiqləyib. Bildirilib ki, Tel-Əvivin Lahi küçəsində partlayıcı qurğu uzaqdan məsafədən partladılıb: "Hələlik partlayış törədənin şəxsiyyəti müəyyən edilməyib".
Polisdən bildirilib ki, yaralananların sayı bir nəfər deyil: "Təəssüf ki, yaralılarımız çoxdur, dəqiqləşmə gedir"
İsrail dövlət televiziyası KAN isə bildirib ki, partlayışda ölən şxəs 50 yaşlarında bir kişidir.
Tahir Şəlvəli
MİA.AZ