Rusiya Prezidenti Vladimir Putin bu gün Azərbaycana gələcək.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.
"Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq", - məlumatda deyilir.
Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması gözlənilir.
***
Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana dövlət səfəri edəcək.
TASS xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı, strateji tərəfdaşlıq və müttəfiqlik məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.
Səfərin yekunları üzrə hökumətlərarası sənədlərin imzalanması planlaşdırılır(Report).