Nigeriyada vəba epidemiyası sürətlə yayılır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son məlumata görə, epidemiyada həyatını itirənlərin sayı 176-ya yüksəlib.
Bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi hesabat yayıb.
Hesaabata əsasən, yanvar ayından etibarən ölkənin 33 əyalətinin 152 bölgəsinə, eləcə də paytaxt Abucaya vəva halları artıb: "İndiyə qədər 5951 vəba hadisəsi aşkarlanıb, onlardan 176 nəfəri ölüb. Təəssüf ki, ən çox yoluxanlar 5 yaşdan kiçik uşaqlardır".
Tahir Şəlvəli
MİA.AZ