Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəs və əsir mübadiləsi danışıqları başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, HƏMAS rəsmiləri görüşə qatılmayıb.
Misirdə yayımlanan “Əl-Kairo əl-İkhbariyah” televiziyasının məlumata görə, Qətər-Misir-ABŞ vasitəçiliyi ilə Dohada yeni danışıqlarda İsrail rəsmiləri isə qatılıb.
Bildirilib ki, HƏMAS və digər Fələstin qrupları görüşdən əvvəl Təl-Əvivdən ABŞ prezidenti Co Baydenin hələ bir ay əvvəl təklifi ilə keçən ay əldə edilmiş razılaşmaya əməl etməyi istəyiblər.
Lamiyə Əhmədli
MİA.AZ