Xəzər dənizində zəlzələ olub.
Mia.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 08:22-də qeydə alınan 3.7 maqnitudalı zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib.