Bu gün Türkiyənin Antalyanın Kaş rayonu sahillərinə yaxınərazidə - Aralıq dənizində zəlzələ baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, bu barədə aAFAD məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtilə saat 10.38-də Antalyanın Kaş rayonu sahillərində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Episentri Kaşdan təqribən 48,11 km aralıda olan zəlzələnin 11,76 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Lamiyə Əhmədli

MİA.AZ