Türkiyə ordusu İraqda daha bir itki verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi başsağlığı mesajı yayıb.
Bildirilib ki, avqustun 7-də Pəncə-Kilit əməliyyatı bölgəsində aparılan axtarış zamanı terrorçular tərəfindən gözlənilməz atəş açılıb: "Hücum nəticəsində çavuş Habip Murat Alp şəhid olub. Əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı, səbr diləyirik”.
Zülfiyyə
MİA.AZ