HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri seçilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, HƏMAS-ın yeni rəhbəri təşkilatın Qəzzadakı lideri Yəhya Sinvar olub.
Bu barədə HƏMAS-ın Telegram hesabından qısa açıqlama verilib: "HƏMAS İsmayıl Haniyə yerinə hərəkatın siyasi bürosunun rəhbəri olaraq komandir Yəhya Sinvarı seçdiyini təsdiqləyir".
Xatırladaq ki, Haniyə iyulun 31-də Haniyə İranın paytaxtı Tehranda qətlə yetirilib.
Tahir Şəlvəli
MİA.AZ