ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasının prezidentliyə namizədi olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, baydenin prezidentlik yarışından geri çəkilməsindən sonra Demokratlar Partiyasında keçirilən səsvermə ilə müəyyənləşib: "5 günlük səsvermə nəticəsində Kamala Harris təxminən 4600 səslə (99 faiz) Demokrat Partiyasının rəsmi namizədi olub".
Beləliklə, o, noyabrın 5-də keçiriləcək seçkilərdə keçmiş prezident Donald Trampla yarışacaq.
Vitse-prezident vəzifəsinə qədər prokuror işləyən Harris səsvermədən sonra Tramp və onun haqqında açılan cinayət işlərinə işarə edərək deyib: "Bizi qarşıda prokurorla cinayətkarın, qanunla qanunsuzluğun mübarizəsi gözləyir..."
Lamiyə Əhmədli
MİA.AZ