Daha 4 məkətbin direktoru vəzifədən azad olunub.
Mia.az xəbər verir ki, bu barədə əslən Masallıdan olan tanınmış jurnalist Zahir Əmənov sosial media hesabında yazıb.
O bildirib ki, rayonun Türkoba, Köhnə Alvadı, Sirəbil və şəhər 3 saylı tam orta məktəblərinin direktorları vəzifədən çıxarılıblar: "Onlardan yalnız birinə - 3 saylı tam orta məktəbin direktoru, Masallı Təhsil Şöbəsinin sabiq müdiri Astan İbişov Köhnə Alvadı kənd tam orta məktəbinə təyinat alıb".
Jurnalist bildirib ki, həmin direktorlar Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılan yoxlamalar nəticəsində üzə çıxan nöqsanlara görə vəzifələrini itiriblər.
Samir Musayev
MİA.AZ