Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində olan Agentlikdə yeni təyinat olub.
Mia.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə Sadiq Cabir oğlu Əliyev Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Xatırladaq ki, S.Əliyev 1984-cü ildə anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.
2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ailəlidir, 3 övladı var.
Xatırladaq ki, bu agentliyin sədri Mustafa Abbasbəyli Mədəniyət Nazirliyinin aparat rəhbəri təyin edilib.
MİA.AZ