Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firuddin Nəbiyev vəzifədən çıxarılıb.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, general həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib.

***

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsinə həmin idarənin rəis müavini, polkovnik-leytenant Anar İsmayılov təyin olunub.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.