Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair fikirlər qətiləşməkdədir.Qeyd edək ki, bir neçə gün öncə MSK sədri Məzahir Pənahov da bu barədə açıqlama verib.

Mia.az
-ın məlumatına görə, deputat Nizami Cəfərov Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

Parlament seçkilərinin önə çəkilməsinə dair tam məlumatlı olmadığını deyən deputat bildirib ki, bu barədə rəsmi qərarı gözləmək lazımdır:

”Biz keçən dəfə də növbədənkənar seçkilərlə seçilmişik. İndi də növbədənkənar seçkilər mümkündür. Amma olmaya da bilər. Bu bizdən asılı olan bir məsələ deyil. Bu dövlətimizin, cənab Prezidentin qərarı əsasında müəyyənləşir”.

“Seçkilərdə yenidən iştirak edəcəksinizmi” sualına Nizami Cəfərov belə cavab verib: "Mən Yeni Azərbaycan Partiyasından deputat seçilmişəm.Bu məsələnin əsaslarını Yeni Azərbaycan Partiyası müəyyənləşdirir. Yəni bu tək bizim marağımızda yox, partiyanın maraqlarındadır. Partiya kimi namizəd kimi görəcəksə, o seçkiyə gedəcək. Namizədlik məsələsində partiyanın maraqları da əsas götürüləcək”.

MİA.AZ