"Parlament seçkilərinə hazırlıq prosesi davam edir".

Mia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq seçki ilə bağlı geniş maarifləndirmə işlərinə başlanıb: "Maarifləndirmə proqramı təsdiq edilib. Mərkəzi Seçki Komissiyası bunu bəyənib. Bu günlərdə MSK-nın iclasında bunu müzakirə edəcəyik".