"Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmə çağırışı olduqca təhlükəlidir".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə deyib.

Onun sözlərinə görə, Makronun Fransanın Ukraynaya qoşun göndərə biləcəyini təkrarlaması Rusiyanı hədəfindən dayandıra bilməz: "Əlbəttə, onun bu bəyanatı çox mühüm və olduqca təhlükəlidir. Fransa prezidenti Ukrayna məsələsinə birbaşa qarışmaq imkanları ilə bağlı bəyanatlar verməkdə davam edir. Bu, dediyim kimi  təhlükəli tendensiyadır. Biz bunu diqqətlə izləyirik. Ancaq hər kəs bilməlidir ki, belə bəyanatlar və ya cəhdlər Rusiyanı məqsədlərinə çatana qədər Ukraynadakı xüsusi hərbi əməliyyatını dayandıra bilməz. Əməliyyatları davam etdiririk və etdirəcəyik”.

Rusiya əsgərlərinin Afrikada - Nigerdəki ABŞ bazasına yerləşdirilməsi xəbərlərinə gəldikdə isə Peskov bildiriib ki, bir çox Afrika dövlətləri ilə müdafiə və digər sahələrdə əlaqələr var və inkişaf etdirilir: "Bu dövlətlər və biz bu mövzuda maraqlıyıq. Afrika dövlətləri ilə əlaqələrimizi daha da inkişaf etdirməkdə qərarlıyıq".

Zülfiyyə

MİA.AZ