Rusiya iki Latviya diplomatını “persona non-qrata” elan edib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi bildiriş yayıb.

Qeyd edilib ki, Latviyanın Moskvadakı səfirliyində çalışan iki diplomatın “persona non qrata” elan edilməsi qarşı tətəfin həmləsinə cavab xarakterlidir.

Nazirlikdən xatırladılıb ki, Latviya daha əvvəl 2 rusiyalı diplomatı “persona non qrata” elan edib: "Latviyanın Moskvadakı səfirliyində çalışan iki diplomat qarşılıqlı prinsipinə və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq deportasiya edilir. Latviya tərəfinə xəbərdar edirik ki, Rusiya diplomatlarına qarşı düşmənçilik fəaliyyəti davam edərsə, Moskva qaçılmaz addımlar atacaq”.

Samir Musayev

MİA.AZ