Dövlət Pedaqoji Universitetinin Şəki filialına yeni direktor təyinatı olub.
Mia.az xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev yeni əmr imzalayıb.
Əmrə əsasən, Vurğun Məmmədov bu vəzifəyə təyin edilib.
Xatırladaq ki, V.Məmmədov bu təyinata qədər ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri işləyib.