Bakı şəhərinin Binəqədi rayonunda 45 yaşlı qadın liftin qapıları arasında qalaraq ölüb.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.