Bakının Sabunçu rayonunun Nardaran kəndində ölümlə nəticələnən hadisə baş verib.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, martın 26-da Sabunçu rayonu Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yükqaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.