Novruz bayramı ilə əlaqədar bölgələrə səfər edən insanların sayı artıb.
Mia.az Baku TV-yə istnadla xəbər vrir ki, bu səbəbdən də avtovağzalda sıxlıq müşahidə olunur.
Avtovağzaldakı sıxlıq səbəbindən qanunsuz olmağına baxmayaraq, sakinlər Lökbatan dairəsinə gələrək buradan yola düşürlər. Burada isə taksi qiymətlərinin ikiqat baha olduğunu vurğulayırlar.
“Əvvəl 6-7 manata gedirdik, indi 15 manata aparırlar”, – sakin bildirib.