Bu gün UEFA Konfrans Liqasının 1/4 finalının qarşılaşmaları da müəyyənləşib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Azərbaycan azarkeşlərinin izlədiyi "Fənərbaxça"nın 1/4 finaldakı rəqibi Yunanıstanın "Olimpiakos" komandası olub.
İstanbul klubu ilk matçını səfərdə keçirəcək.
Əgər bu oyundan qalib gələrsə, o zaman "Fənərbağça" yarımfinalda "Aston Villa" - "Lill" matçının qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, 1/4 finalda ilk oyunlar aprelin 11-də, cavab görüşləri isə aprelin 18-də oynanılacaq.
Beləliklə:
1/4 final
Club Brugge (Belçika) - PAOK (Yunanıstan)
Olimpiakos (Yunanıstan)-Fənərbaxça
Aston Villa (İngiltərə) - Lill (Fransa)
Viktoriya Plzen (Çexiya) - Fiorentina (İtaliya)
1/2 final
Aston Villa-Lill / Olimpiakos-Fənərbaxça
Viktoria Plzen-Fiorentina / Club Brugge-PAOK
Fərid Aslan
MİA.AZ