Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə rəis təyin edilib.
Məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Samir Həsənov 15-ci bölmənin rəisi vəzifəsinə təyinat alıb. O, bu təyinatadək Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Samir Həsənov həbsdə olan general-leytenant Rövşən Əkbərovun bacısı oğludur(Unikal).