Gədəbəy rayonunda yeddi nəfər dəm qazından zəhərlənib.
Mia.az xəbər verir ki, Gədəbəy şəhərində, bir nəfər - 1955-ci il təvəllüdlü M.Hüseynov, Qaradağ kəndində, 1 ailənin 4 üzvü - 1994-cü il təvəllüdlü Z.Qasımlı, 1995-ci il təvəllüdlü S.Məmmədli, 2018-ci il təvəllüdlü E.Məmmədli və 2016-cı il təvəllüdlü S.Məmmədli dəm qazından zəhərlənib.
Həmçinin rayonun Gərgər kəndində 2 nəfər dəm qazından zəhərlənib.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərilib və daha sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, dünən 5 nəfər də Sumqayıtda zəhərlənib.