Xankəndi şəhərində DYP əməkdaşları da xidmətə başlayıb.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.
O bildirib ki, şəhər ərazisində yol-hərəkəti qaydalarının təşkili və tənzimlənməsi həyata keçirilir: "Hərəkət iştirakçılarına polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi ilə bağlı izahlar verilir, profilaktik işlər aparılır. Səngərsiz Vətəndə xidmətimizdən qürur duyuruq".