Bir vaxtlar Türkiyədə "Qalatasaray" və "Antalyaspor"da çıxış edən məşhur futbolçu Lukas Podolski kareyasını nöqtələyəndən sonra biznesə başlayıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Lukas Podolski 2017-ci ildə "Ice Cream United" adlı dondurma brendini qurduqdan bir il sonra Almaniyada "Mangal Döner" restoran şəbəkələri açmağa başlayıb.
Məlumata görə, o, cəmi bir neçə ilə bir şəbəkə vasitəsi ilə sərvətinə sərvət qatıb: "O, 5 il ərzində dönər biznesindən 180 milyon avrodan çox sərvət əldəe dib. Hazırda onun 30-a yaxın dönər restoranı var. 38 yaşlı futbolçu bu biznesini daha da genişləndirməyə can atır".
Qeyd edək ki, Podolski vaxtilə “Köln”, “Bavariya”, “Arsenal”, “İnter” kimi komandalarda da oynayıb.
Fərid Aslan
MİA.AZ