Türkiyədə zəlzələ olub.
Mia.az Türkiyə mətbuatınaistinadla xəbər verir ki, bu barədə AFAD məlumat paylaşıb.
Bildirilib ki, bu gün Bakı vaxtilə saat 16.14-də Bursanın Gemlik rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələ ətraf vilayətlərdə, o cümlədən İstanbulda hiss olunub.
Zəlzələ yerin təxminən 10,86 kilometr dərinliyində baş verib.
Lamiyə Əhmədli
MİA.AZ