Xaçmazda 23 yaşlı şəxs göldə boğulub.
Məlumata görə, rayon sakini, 2001-ci il təvəllüdlü Əliyev Fərid Rövşən oğlu Ağaverdi-oba kəndi ərazisində işlədiyi bağda gölə düşməsi nəticəsində göldə boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
MİA.AZ